Moldova Respublikasının prezidenti Zati-Aliləri cənab Petru Luçinskiyə - Bakı şəhəri, 25 avqust 2000-ci il


Hörmətli cənab prezident!

Moldova Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və dost Moldova xalqını səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında mehriban dostluq və əməkdaşlıq münasibətlərinin gözəl ənənələri vardır. Mən Moldova Respublikası ilə bütün sahələrdə əməkdaşlığımızın inkişafına böyük əhəmiyyət verirəm və bundan məmnunluq duyuram. Əminəm ki, əlbir səylərlə bizim xalqlarımızın və ölkələrimizin dostluğunu və iş birliyini daha da möhkəmləndirəcək, regionumuzda sülhün və əmin-amanlığın bərqərar olmasına nail olacağıq.

Əziz Petru Kirilloviç, Sizə möhkəm cansağlığı və səadət, böyük hörmət bəslədiyimiz Moldovanın bütün vətəndaşlarına uğurlar, tərəqqi və firavanlıq arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 27 avqust 2000-ci il.