Bəhreyn məliki əlahəzrət Şeyx Həməd bin İsa al Xəlifəyə - Bakı şəhəri, 7 dekabr 2002-ci il


Əlahəzrət!

Bəhreyn məmləkətinin milli bayramı münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, xalqlarımızın qarşılıqlı istəyindən və iradəsindən qaynaqlanan dostluq və əməkdaşlıq münasibətlərimiz daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bəhreyn xalqına əmin-amanlıq və rifah arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 15 dekabr 2002-ci il.