Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gürcüstana qısa müddətli işgüzar səfərə yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərin suallarına cavabı - 24 yanvar 1998-ci il


Səfərim Gürcüstan prezidenti Eduard Şevardnadze ilə mənim aramda olan daimi məsləhətləşmələrlə, əlaqələrlə bağlıdır. Biz bir-birimizlə tez-tez görüşürük, rəsmi ziyarətlərdən əlavə, belə işgüzar ziyarətlər də edirik, başqa ölkələrdə toplantılar zamanı görüşürük. Ona görə də indi onunla görüşüb söhbət etməyə ehtiyac var. Bir də sizin hamınıza məlumdur ki, sabah Şevardnadzenin 70 yaşı tamam olur. Bizim onunla otuz illik dostluğumuz var. Bir dost kimi görüşməyə gedirəm.

Tarixi arayış

MÜSAHİBƏLƏR