Azərbaycan Prezidenti Heydər Əliyev Fransa Prezidenti Fransua Mitteranla görüşmüşdür (20 dekabr 1993-cü il) sənədinə tarixi arayış


Heydər Əliyev və Fransa Prezidenti Fransua Mitteran hələ Heydər Əliyev Sovet İttifaqının rəhbərlərindən biri olarkən tanış olublar. Heydər Əliyevin Azərbaycan Prezidenti seçildikdən sonra, xaricə ilk rəsmi səfəri 19-22 dekabr 1993-cü ildə Fransaya olub.

Səfər zamanı Heydər Əliyev Fransa Prezidenti Fransua Mitteran, xarici işlər naziri Alen Jüppe, parlament rəhbərliyi, ölkənin sənaye - biznes dairələrinin təmsilçiləri ilə görüşlər keçirib. Mitteran və Heydər Əliyev Fransa və Azərbaycan arasında dostluq, anlaşma və əməkdaşlıq haqqında müqavilə imzalayıblar.

Heydər Əliyev Parisdə olduğu zaman ATƏM - in əsas sənədlərindən olan, Şərqi Avropanın sosialist və keçmiş sovet respublikalarının demokratiya və bazar iqtisadiyyatına keçidini nəzərdə tutan “Paris Xartiyası”nı da imzalayıb.