Bill Klinton, Amerika Birləşmiş Ştatlarının Prezidenti (1993-2001)


Demokratiya və bazar iqtisadiyyatı yolu ilə gedən müstəqil dövlət kimi Azərbaycanın son illər möhkəmlənməsində, iqtisadi islahatların aparılmasında və bu işdə böyük uğurlar əldə edilməsində Prezident Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirirəm.

Prezident Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqillik yolunda qarşılaşdığı çətinliklərin dəf edilməsində böyük müvəffəqiyyətə nail olmuşdur. Birləşmiş Ştatlarda bu müvəffəqiyyətin davam etdirilməsini arzulayıram.

***

Cənab Prezident, Amerika-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsi sahəsində göstərdiyiniz səylərə görə, Sizə minnətdarlığımı bildirirəm. Mən bizim aramızda yaranmış şəxsi dostluq münasibətlərini yüksək qiymətləndirirəm. 

Cənab Prezident, siz bizə çox lazımsınız. Qafqazda və Mərkəzi Asiya regionunda sülhün və sabitliyin bərqərar olunmasında Sizin xidmətlərinizi yüksək qiymətləndiririk. Sizin liderliyiniz və güclü qətiyyətiniz sayəsində Xəzərin zəngin ehtiyatlarının dünya bazarlarına alternativ yollarla ixrac olunması region dövlətlərinin müstəqilliyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayacaqdır 

“Dünyanı heyran qoyan insan” (İdeyanın müəllifi və buraxılışa məsul: Ramiz Mehdiyev) - Azərnəşr, Bakı-2004, səh.67.