Laos Xalq Demokratik Respublikasının Prezidenti zati-aliləri cənab Khamtay Siphandona - Bakı şəhəri, 29 noyabr 2002-ci il


Hörmətli cənab prezident!

Laos Xalq Demokratik Respublikasının milli bayramı - Respublika elan edilməsi günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasında artan əlaqələr xalqlarımızın mənafeyinə xidmət edən qarşılıqlı surətdə faydalı əməkdaşlıq üçün geniş yollar açacaqdır.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 1 dekabr 2002-ci il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan - Asiya