Аzərbаycаn Rеspublikаsının Prеzidеnti Hеydər Əliyеvin İnsаn Hüquqlаrı üzrə Avrоpа Məhkəməsinin sədri Luzius Vildhаbеr ilə görüşü - Prеzidеnt sаrаyı, 18 fеvrаl 2003-cü il


Qonağı səmimiyyətlə salamlayan dövlətimizin başçısı Heydər Əliyev Strasburqda ilk görüşü zamanı onu Azərbaycana dəvət etdiyini xatırlatdı, özünün, habelə Konstitusiya Məhkəməsinin sədri Xanlar Hacıyevin dəvəti ilə Bakıya gəldiyinə görə təşəkkür etdi.

Səmimi qəbula görə Prezident Heydər Əliyevə dərin minnətdarlığını bildirən Avropa Məhkəməsinin sədri Luzius Vildhaber dedi ki, cənab Prezident, çox sağ olun. Dəvəti qəbul edib buraya gəldik və bizə böyük qonaqpərvərlik və hörmət göstərirlər.

O, Bakıda olduğu müddətdə keçirdiyi görüşlərdən danışaraq vurğuladı ki, mən öz Konvensiyamız haqqında məlumat verdim, bildirdim ki, biz heç kimi zorla məcbur etmirik ki, onu tətbiq etsinlər. Lakin hamımız onun müsbət tərəfini anlamalı, qəbul və tətbiq etməliyik.

Qonağın fikirləri ilə tamamilə razı olduğunu söyləyən Prezident Heydər Əliyev onların Konvensiyası əsasında qəbul edilən qərarlara riayət olunduğunu nəzərə çatdırdı və dedi ki, Azərbaycan müstəqillik əldə edəndən, Avropa Şurasına daxil olandan yeni bir məhkəmə instansiyası ilə rastlaşırıq. Biz öz vəziyyətimizi və məsuliyyətimizi bilirik. Biz bu barədə Strasburqda sizinlə çox ətraflı söhbət etdik. Sizin bütün qanun-qaydalarınızı öyrənmişik. Güman edirəm ki, bunun əsasında da biz yaxşı əməkdaşlıq edəcəyik.