Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qırğızıstan Respublikasının Prezidenti zati-aliləri cənab Əsgər Akayevə ünvanladığı təbrik məktubu - Bakı şəhəri, 20 avqust 2002-ci il


Hörmətli Əsgər Akayeviç!

Qırğızıstanın milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Keçid dövrünün çətin şəraitində Qırğızıstan Sizin rəhbərliyinizlə öz müstəqilliyini və suverenliyini möhkəmləndirərək, siyasi və iqtisadi dəyişikliklərin həyata keçirilməsində, hüquqi, demokratik dövlət quruculuğunda mühüm uğurlar qazanmışdır. Əminəm ki, Azərbaycan ilə Qırğızıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq telləri xalqlarımızın rifahı, sülh və tərəqqi naminə bundan sonra da möhkəmlənəcəkdir.

Möhtərəm Əsgər Akayeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar, Qırğızıstan xalqına isə sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti