Mərakeşin məliki əlahəzrət VI Məhəmmədə - Bakı şəhəri, 22 iyul 2002-ci il


Əlahəzrət!

Mərakeşin milli bayramı - Taxt-tac günü münasibətilə Sizi və dost Mərakeş xalqını ürəkdən təbrik edirəm.

Ümidvaram ki, xalqlarımız arasındakı qarşılıqlı rəğbət və dostluq hissləri üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz daim möhkəmlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 28 iyul 2002-ci il.