Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 22 iyul - Milli Mətbuat Günü münasibətilə təbriki - 22 iyul 1995-ci il


Əsası 120 il bundan öncə böyük alim, pedaqoq, jurnalist, ictimai xadim Həsən bəy Zərdabinin "Əkinçi" qəzeti ilə qoyulmuş milli mətbuatımız Azərbaycan xalqının mənəvi mədəniyyəti tarixinə şərəfli səhifələr yazmış, milli mənliyimizin formalaşmasında, mənəvi dəyərlərin qorunub saxlanmasında misilsiz rol oynamışdır.

Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. "Əkinçi"dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.

Özünün azad, müstəqil, demokratik dövlətini qurmuş Azərbaycan xalqı bu yolda olmazın məşəqqətlərlə üzləşmiş və üzləşməkdədir. Daxili və xarici düşmənlərin hördüyü hiylə torpaqları, hətta dövlət çevrilişləri həddinə gəlib çıxmış məkrli niyyətlər xalqımızın və dövlətimizin iradəsini dönə-dönə sınağa çəkmişdir. Bu problemlərin həll edilməsində, baş verən hadisələrə obyektiv qiymət verilməsində mətbuat və söz azadlığı şəraitində fəaliyyət göstərən, demokratik dəyərlərlə bəhrələnən Azərbaycan jurnalistlərinin böyük xidməti vardır.

Jurnalistləri nəşriyyat-poliqrafiya işçilərini, ümumiyyətlə, bu sahədə çalışanların hamısını Milli Mətbuat Günü münasibətilə təbrik edir, Vətənimizin daha işıqlı gələcəyi, sülh, azadlıq ideallarının, demokratik prinsiplərin bərqərar edilməsi naminə uğurlar arzulayıram.

"Azərbaycan" qəzeti, 22 iyul 1995-ci il.

Tarixi arayış