Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Benin Respublikasının Prezidenti zati-aliləri cənab Matye Kerekuya təbriki - Bakı şəhəri, 30 iyul 2001-ci il


Hörmətli cənab Prezident!

Benin Respublikasının milli bayramı - Müstəqilliyin elan edilməsi günü münasibətilə Sizi və dost Benin xalqını ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan - Benin əlaqələrinin inkişafı həmişə xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış