Belarus Respublikasının Prezidenti zati-aliləri cənab Aleksandr Lukaşenkoya - Bakı şəhəri, 10 sentyabr 2001-ci il


Hörmətli Aleksandr Qriqoryeviç!

Belarus Respublikasının Prezidenti vəzifənizə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Prezident seçkilərində sizin qələbəniz ölkənin müstəqilliyi və suverenliyinin möhkəmlənməsinə, sosial-iqtisadi dəyişikliklərin həyata keçirilməsinə yönəldilmiş xəttinizin Belarusun qardaş xalqı tərəfindən dəstəkləndiyinə sübutdur. Əminəm ki, ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətləri xalqlarımızın, dövlətlərimizin rifahı naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, səadət və dövlət fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 11 sentyabr 2001-ci il.