Belçikanin Kralı Əlahəzrət II Albertə - Bakı şəhəri, 20 iyul 2000-ci il


Əlahəzrət!

Belçika krallığının milli bayramı – Andiçmə günü münasibətilə Sizi, kral ailəsinin bütün üzvlərini və dost Belçika xalqını səmimi–qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı və səadət, ölkənizə sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Əminəm ki, Azərbaycan Respublikası ilə Belçika krallığı arasında dostluq və əməkdaşlıq əlaqələri bundan sonra da xalqlarımızın rifahı və tərəqqisi naminə inkişaf edəcəkdir.

Əlahəzrət, Sizə bir daha hörmət və ehtiramımı bildirirəm.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.


“Azərbaycan" qəzeti 21 iyul 2000-ci il.