Moskvada, Kremldə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin və Ermənistan Prezidenti Robert Köçəryanın təkbətək görüşü - 20 iyun 2000-ci il


Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması məsələsi barədə ətraflı müzakirə aparan prezidentlər tam sülh əldə edilənədək atəşkəs rejiminin saxlanılmasının zəruriliyini vurğuladılar.

ATƏT-in və onun Minsk qrupu həmsədrlərinin Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması sahəsində fəaliyyətini nəzərdən keçirən dövlət başçıları Minsk qrupu çərçivəsində və birbaşa aparılan danışıqların bundan sonra da davam etdirilməsinin vacib olduğunu bildirdilər.

Prezidentlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün hər iki tərəfin milli mənafelər naminə konstruktiv mövqe tutmasının və qarşılıqlı kompromislərə getməsinin lazım olduğunu bir daha nəzərə çatdırdılar.