Belçika Krallığının Baş naziri Zati-aliləri cənab Gi Verhofstadta- Bakı şəhəri, 20 iyul 2000-ci il


Hörmətli cənab Baş nazir!

Belçika krallığının milli bayramı – Andiçmə günü münasibətilə Sizə və dost Belçika xalqına səmimi salamlarımı və təbriklərimi yetirir, Sizə cansağlığı və səadət, ölkənizə əmin-amanlıq və tərəqqi arzulayıram.

Ümidvaram ki, bundan sonra da qarşılıqlı səylərlə ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin genişlənib möhkəmlənməsinə nail olacağıq.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.


“Azərbaycan" qəzeti21 iyul 2000-ci il.