Gəncə


Azərbaycanın ikinci böyük şəhəri. Ölkənin qərbində yerləşir. Əhalisi 330 min nəfərdən artıqdır. Orta əsrlərdə Azərbaycanın əsas ticarət və iqtisadiyyat mərkəzlərindən idi. 1139-cu ildəki zəlzələ zamanı və monqol hücumları nəticəsində dağılmışdı. Sefevilər dövründə (XVI-XVII əsrlər) yenidən dirçəldi. Şah Abbas tərəfindən şəhər Abbasabad adlandırılıb. AzərbaycanRusiya imperiyasının tərkibində olarkən şəhər Yelizavetpol adlandırılıb. 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının ilk paytaxtı Gəncə şəhəri olub. Sovet dövründə 1935-ci ildən Kirovabad adlandırılıb. 1991-ci ildə əvvəlki adı qaytarılıb. Görkəmli Azərbaycan şairi, Şərq Renessansının böyük nümayəndəsi Nizami Gəncəvi Gəncədə anadan olub.