Türkmənistanın müstəqillik qazanmasının 3-cü ildönümü münasibətilə şənliklərdə iştirak etmək üçün Aşqabata yola düşərkən Binə hava limanında jurnalistlərə qısa müsahibəsi - 26 oktyabr 1994-cü il


Tarixən Azərbaycan ilə Türkmənistan arasında çox sıx əlaqələr olmuşdur. İndi müstəqil dövlət kimi bu əlaqələri daha da möhkəmləndirməyimizə ehtiyac var. Coğrafi baxımdan yaxınlığımız, milli keçmişimiz və s. bunu tələb edir. Eyni zamanda bu səfər yaxşı bir imkandır.

Bayram təntənələrində iştirak etmək üçün digər ölkələrin dövlət başçıları da gələcəkdir. Ümumi işlərimizlə, coğrafi-siyasi məsələlərlə bağlı onlarla görüşüb, söhbət etməyə ehtiyac var. Bu məqsədlə də mən Türkmənistan prezidenti Saparmurad Niyazovun dəvətini qəbul etmişəm və indi oraya səfərə gedirəm.

Tarixi arayış