Lüksemburq hersoqluğunun baş naziri Zati-Aliləri cənab Jan-Klod Yunkerə - Bakı şəhəri, 22 iyun 2000-ci il


Zati-aliləri!

Lüksemburq hersoqluğunun milli bayramı – Böyük hersoqun təvəllüdü günü münasibətilə Sizi və dost Lüksemburq xalqını ürəkdən təbrik edir, Sizə cansağlığı və səadət, ölkənizə daimi tərəqqi və firavanlıq arzulayıram.

Ümidvaram ki, qarşılıqlı səylərlə Azərbaycan Respublikası ilə Lüksemburq hersoqluğu arasında dostluq və əməkdaşlıq əlaqələri getdikcə genişlənərək xalqlarımızın rifahının yüksəlməsinə, ölkələrimizin tərəqqisinə xidmət edəcəkdir.

Hörmətlə,

Heydər Əliyev,  

Azərbaycan Respublikasının Prezidenti

“Azərbaycan” qəzeti, 23 iyun 2000-ci il

 

Tarixi arayış

Azərbaycan - Avropa