"Azərbaycan qadını" jurnalının baş redaktoru Xalidə xanım Hasilovaya - 18 aprel 1995-ci il


Hörmətli Xalidə xanım!

Sizi - Azərbaycan xalqının sevimli yazıçısını 75 illik yubileyiniz münasibətilə təbrik edirəm.

Şərəfli ömür yolu keçmiş görkəmli nasir kimi yaratdığınız əsərləriniz oxucuların mənəvi dünyasına işıq salmış, Azərbaycan övladlarının vətənpərvərlik ruhunda tərbiyəsində az rol oynamamışdır. "Azərbaycan qadını" kimi yeganə qadın jurnalımızın özünəməxsus yaradıcılıq yolu ilə inamla addımlaması da sizin fədakar əməyinizin bəhrəsidir.

İnanıram ki, siz bundan sonra də ədəbiyyat və mədəniyyətimizin inkişafı naminə əlinizdən gələni əsirgəməyəcəksiniz. Bu yolda sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış

MƏDƏNİYYƏT