Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri zati-aliləri cənab Toni Bleyerə - Bakı şəhəri, 17 avqust 1998-ci il


Hörmətli cənab Baş nazir!

Şimali İrlandiyanın Oma şəhərində bomba partlayışı nəticəsində çoxlu insanın həlak olması və yaralanması xəbəri məni dərindən sarsıtdı.

Bu terror hərəkətini qətiyyətlə pisləyir, sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.