Belçikanın Neft Maliyyə Şirkəti (Belgian Petroleum Finance Company)


"PetroFina" sərmayədarlar qrupu tərəfindən 1920-ci ildə yaradılıb. 1999-cu ildə "Total" və "PetroFina" şirkətləri "TotalFina" adı ilə birləşiblər. 2000-ci ildə isə "TotalFina" və "Elf Aquitaine" "TotalFinaElf" adı ilə birləşərək, neft hasilatı və emalının həcminə görə dünyanın dördüncü ən böyük şirkəti olur. 2003-cü ildə konsern Total adını götürsə də "Total", "Fina" və "Elf" ticarət markalarını saxlayır.