İslam İnkişaf Bankının Beynəlxalq İnvestisiya Konfransının fasiləsində xarici ölkə jurnalistlərinə Azərbaycan Prezidenti Heydər Əliyevin müsahibəsi - 21 sentyabr 1996-cı il


Sual: Siz çıxışınızda əsasən hansı məsələlərə toxundunuz?

Cavab: Mən çıxışımda hər şeydən öncə neft sənayemizin, zəngin neft və qaz yataqlarımızın imkanları üzərində dayandım, bildirdim ki, Azərbaycanda çox böyük sənaye potensialı, iri kimya sənayesi kompleksi, maşınqayırma, metallurgiya, kənd təsərrüfatı məhsulları emalı sənayesi, xalq istehlakı malları istehsalı var. Zəngin təbiətimiz, münbit torpaqlarımız var. Bütün bunlar müxtəlif ölkələrlə fəal əməkdaşlıq etmək üçün yaxşı əsas yaradır.

Sual: İslam İnkişaf Bankı prezidentinin Azərbaycana səfərini necə qiymətləndirərsiniz?

Cavab: Çox yüksək qiymətləndirirəm və bunu çıxışımda da qeyd etdim.

Sual: Azərbaycana investisiyalar qoyulmasında İslam İnkişaf Bankının rolu barədə nə deyərdiniz?

Cavab: İslam İnkişaf Bankının bu sahədə rolunu da yüksək qiymətləndirirəm, bunun üçün böyük imkanlar var və mən İslam İnkişaf Bankını Azərbaycanın iqtisadiyyatına fəal surətdə qoşulmağa çağırdım.

Sual: Qarabağ problemi bu sahədə əməkdaşlığa mane ola bilərmi?

Cavab: Yox, ola bilməz. Mən çıxışımda bu barədə danışdım, yəqin siz eşitməmisiniz.

Sual: İnvestisiya qoyulamsı ilə bağlı Azərbaycanda hansısa problemlər varmı?

Cavab: Heç bir problem yoxdur. Hər bir adam sərbəst surətdə burada investisiya qoya bilər.

Sual: Qarabağ probleminin həlli sahəsində beynəlxalq səviyyədə hansısa kömək varmı?

Cavab: Var, mən bu barədə danışdım. Görünür mənim çıxışımı dinləməmisiniz.

Sual: Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında münasibətləri necə qiymətləndirirsiniz?

Cavab: Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında yaxşı münasibətlər var. Mən 1994-cü ildə kral Fəthin dəvəti ilə Səudiyyə Ərəbistanında rəsmi səfərdə olmuşam. Ciddədə cənab Əhməd Məhəmməd Əli ilə də görüşmüşəm. Məkkə və Mədinəni ziyarət etmişəm.

Tarixi arayış