Belarus Respublikasının Prezidenti zati-aliləri cənab Aleksandr Lukaşenkoya - Bakı şəhəri, 2 iyul 2003-cü il


Hörmətli Aleksandr Qriqoryeviç!

Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Belarus xalqını ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Belarus arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın və dövlətlərimizn mənafeyi naminə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Belarus xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 2 iyul 2003-cü il.