Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Brüsseldə Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransında çıxışı - 4 may 1994-cü il


Hörmətli xanımlar və cənablar! Bu gün səhər mən Belçikanın baş naziri ilə görüşdüm. Biz Azərbaycanla Belçika arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair problemlər haqqında danışıqlar apardıq. Bir müddət bundan öncə biz Belçika hökumətinə bir sıra sazişlərin layihələrini təqdim etmişdik. İndi Belçika tərəfi həmin layihələri öyrənir. Belçikanın baş naziri bildirdi ki, onlar bu ölkənin müvafiq bölgələri ilə razılaşdırıldıqdan sonra hökumət ölkələrimiz arasında əməkdaşlıq haqqında memorandumu, ticarət-iqtisadi əməkdaşlıq haqqında, turizm sahəsində əməkdaşlıq haqqında və bəzi digər sazişlər imzalamağa hazır olacaqdır.

Bu gün işimin əsas hissəsi NATO-nun iqamətgahına getməklə bağlı olmuşdur. Sizə məlumdur ki, hələ 1992-ci ildə NATO Şimali Atlantika Əməkdaşlığı Şurası yaradılması haqqında qərar qəbul etmişdir. Digər ölkələrlə yanaşı, keçmiş Sovet İttifaqının respublikaları, o cümlədən Azərbaycan da bu şuraya daxil olmuşlar. Cari ilin yanvarında NATO-nun üzvü olan dövlətlərin başçıları "Sülh naminə tərəfdaşlıq" proqramı haqqında qərar çıxarmış və onu slan edərək, Şərqi Avropa ölkələrini və keçmiş Sovet İttifaqının ərazisində yaranmış yeni müstəqil dövlətləri bu proqrama qoşulmağa çağırmışlar. Biz Azərbaycanda bu sənədi ətraflı öyrəndik, orada Azərbaycan Respublikası üçün maraqlı, cəlbslici müddəalar tapdıq. Odur ki, on iri beynəlxalq təşkilatlardan biri kimi NATO-ya prinsipial münasibətimizi, öz mövculluğu ərzində Avropada və bütün dünyada vəziyyətin sabitləşməsi üçün çox iş görmüş olar NATO-ya hörmətimizi əsas tutaraq, biz "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulmağı mümkün və vacib bildik.

Bu gün mən NATO baş katibinin müavini ilə görüşdüm. Baş katibin özü cənab Manfred Verner iş başında deyildi. Aramızda çox maraqlı söhbət oldu. Sonra mən NATO Şurasının iclasında iştirak etdim və "Sülh naminə tərəfdaşlıq" proqramının çərçivə sənədini imzaladım. Biz bu sənədi imzalayarkən onu əsas tuturuq ki, gənc müstəqil Azərbaycan dövləti öz istiqlaliyyətini möhkəmlətmək yolu ilə, demokratiya, bazar iqtisadiyyatı yolu ilə, dünya birliyi, xüsusən Avropa, Qərb ilə inteqrasiyanı daha da genişləndirmək yolu ilə gedərək, "Sülh naminə tərəfdaşlıq" sənədi əsasında NATO ilə əməkdaşlıq şəraitində öz qarşısında duran vəzifələri yerinə yetirmək üçün daha geniş imkanlara malik olacaqdır.

Bildiyiniz kimi, Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir, demək olar, altı ildir Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalır. Bu müharibə Azərbaycanın iqtisadiyyatına da, ərazi bütövlüyünə də çox böyük ziyan vurmuş, çoxlu insan qırılmışdır. 20 min nəfərdən artıq adam həlak olmuş, hazırda Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı birləşmələrinin işğalı altındadır.

Sülhsevər təşəbbüslərimizə baxmayaraq, bu münaqişənin aradan qaldırılmasında beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının, ATƏM-in və onun Minsk qrupunun iştirakına baxmayaraq, müharibə dayanmaq bilmir, buna görə də biz NATO ilə əməkdaşlığa başlayarkən, "Sülh naminə tərəfdaşlıq" sənədini imzalayarkən bunu əsas tuturuq ki, öz məqsədlərimizi həyata keçirmək üçün yeni imkanlarımız yaranacaqdır. Məqsədlərimiz isə münaqişənin dincliklə aradan qaldırılmasından, atəşin və bütün hərbi əməliyyatların dayandırılmasından, işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan silahlı birləşmələrinin çıxarılmasından, Azərbaycanın ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının təmin edilməsindən ibarətdir. Əlbəttə, bu prosesdə Dağlıq Qarabağın azlıq təşkil edən erməni əhalisinin müdafiəsi və təhlükəsizliyinə təminat və Dağlıq Qarabağ üçün muxtariyyət statusuna baxılmasının mümkünlüyü də nəzərdə tutulur.

Biz bütün bu mülahizələri əsas tutaraq, qərar qəbul etdik və bu gün Azərbaycan Respublikası adından "Sülh naminə tərəfdaşlıq" sənədini imzaladıq. Mən NATO-nun iqamətgahında aparılmış danışıqlar və söhbətlərdən, burada əhatə olunluğumuz dostluq şəraitindən, görüş və söhbətlərimiz zamanı aşkara çıxardığımız qarşılıqlı anlaşmadan məmnunam. Mən ondan məmnunam ki, Azərbaycan bu sənədi imzalamışdır. Baş katibin müavini bildirmişdir ki, Azərbaycan bu proqrama qoşulan 15-ci ölkə olmuşdur, Sovet İttifaqının keçmiş respublikaları arasında isə sənədi imzalayan 4-cü ölkədir.

Biz NATO ilə əməkdaşlığa böyük ümidlər bəsləyirik. Mən də əminəm ki, ümidlərimiz özünü doğruldacaqdır. İndi isə suallarınıza cavab verməyə hazıram.

Sual: Canab prezident, Sizə iki sualım var. Birincisi, mən o qədər də təsəvvür elə bilmir və başa düşmürəm ki, Dağlıq Qarabağla münaqişənin həlli üçün NATO tərəfindən hansı xüsusi təşəbbüslər gözləmək olar. Bununla əlaqədar Sizdən soruşmaq istərdim: NATO-da görüşlərinizdə bu problemin nizama salınması üçün NATO-nun göstərə biləçəyi diplomatik və ya hər hansı digər səylər müzakirə edildimi?

İkinci sual: Bir neçə ay bundan əvvəl mətbuatla xəbər verildi ki, Rusiya Federasiyası Sizə təzyiq göstərmək üçün, Sizin ölkənizi bəzi məsələlərlə, xüsusən neftlə bağlı məsələlərlə Rusiya Federasiyası ilə ittifaqı bərpa etmək məçburiyyətində qoymaq üçün Ermənistan Respublikasının Sizin ölkənizlə münaqişəsində ona qeyri-rəsmi yardım göstərir və arxa durur. Bu informasiya nə dərəcədədoğrudur?

Cavab:  Əvvəla, Ermənistanla Azərbaycan arasında münaqişənin həllində NATO ilə əməkdaşlığımızın nə kimi imkanlar açdığını sizin təsəvvürünüzdə canlandırmağınız üçün mən sizdən xahiş edərdim ki, NATO blokuna daxil olan dövlətlərin başçıları tərəfindən yanvarın 10-da qəbul edilmiş sənədin özü ilə tanış olasınız. Orada çox dəqiq müddəalar var və onlar ümid etməyə imkan verir ki, "Sülh naminə tərəfdaşlıq" proqramında bizim iştirakımız Ermənistanla Azərbaycan arasında münaqişə ilə bağlı məsələlərin müzakirəsində NATO-nun iştirakına şərait yaradır. Mən bu mövzuda uzun-uzadı danışmaq istəməzdim.

Sizdən sadəcə olaraq xahişim budur ki, bu sənədi oxuyun, bütün bunlar orada çox dəqiq şərh edilmişdir. Yeri gəlmişkən, təxminən yarım saat bundan əvvəl, NATO baş katibinin müavini ilə mən NATO iqamətgahında müxbirlərin suallarına cavab verərkən baş katibin müavini həmin suala aydın cavab verərək dedi ki, Ermənistan ilə

Azərbaycan arasında Dağlıq Qarabağ üstündə münaqişə ilə əlaqədar Azərbaycanla məsləhətləşmələrə NATO elə indinin özündə də başlaya bilər. O ki qaldı Ermənistanın Azərbaycakla münaqişəsində Rusiyanın Ermənistana köməyi, Azərbaycana təzyiq göstərmək, o cümlədən də neftlə bağlı problemlərə görə təzyiq göstərmək istəməsi barədə ikinci suala, bir şey deyə bilərəm: Ermənistan ərazisində Rusiyanın qoşunları, hərbi bazaları var. Azərbaycan ərazisində Rusiya qoşunları yoxdur. Ermənistan ilə Azərbaycan arasında müharibə gedir. Döyüşlər bir gün belə ara vermir. Ermənistan ərazisi isə hər halda çox da geniş deyil, Azərbaycan ərazisindən üç dəfə kiçikdir. Odur ki, özünüz nəticə çıxarın.

Sual: Cənab prezident, Siz öz çıxışınızda qeyd etdiniz ki, müharibə ölkənizə, o cümlədən də onun iqtisadiyyatına olduqça böyük ziyan vurmuşdur. Bununla əlaqədar maraqlanmaq istərdim, bu müharibə Sizin neft məhsullarının ixraçına necə və nə dərəcədə təsir göstərmişdir? Bu sahədə vəziyyəti əks etdirən hər hansı rəqəmlər misal gətirsəniz, minnətdar olaram. Bir də, müharibə Qərbin neft şirkətləri ilə hər hansı bağlaşmalar imzalanmasına nə dərəcədə təsir göstərmişdir?

Cavab:  Həqiqətən, müharibə Azərbaycan iqtisadiyyatına böyük ziyan vurmuşdur və ziyan vurmaqladır. Bir təsəvvür edin ki, ölkə ərazisinin 20 faizi işğal altındalır, bu torpaqlar isə bərəkətli torpaqlardır. Azərbaycanın həmin bölgələrinin ərazisində iri sənaye və kənd təsərrüfatı müəssisələri yaradılmışdı. Həmin rayonlardan olan bir milyon qaçqın respublikanın digər bölgələrində yerləşdirilmiş və olduqca ağır sosial-iqtisadi vəziyyətdədir. Siz bu ziyanın miqyasını təsəvvürünüzdə canlandıra bilərsiniz - milyardlarla dollar məbləğində ziyan vurulmuşdur. O ki qaldı müharibənin neft sənayesinə ziyan vurması barədə sualınıza, deməliyəm ki, bizim neft sənayesinin müəssisələri döyüş əməliyyatları zonasında deyildir, buna baxmayaraq, əgər ölkə müharibə vəziyyətindədirsə, müharibə, Azərbaycanda olduğu kimi, iqtisadiyyatın bütün sahələrinə, əlbəttə, təsir göstərir.

Qərbin neft şirkətləri ilə imzalamağa hazırlaşdığımız bağlaşmalara gəldikdə, bu mövzu ətrafında olduqca çoxlu söz-söhbət gedir, mühakimələr yürüdülür. Təbiidir ki, Azərbaycanın neft sərvətləri dünyanın bir çox ölkələrinin, habelə Qərbin iri neft şirkətlərinin marağını cəlb edir. Ümumiyyətlə, Azərbaycan öz coğrafisiyasi, coğrafi mövqeyinə görə, bir çox Qərb ölkələrinin böyük iqtisadi marağını cəlb edir. Neft şirkətləri ilə bağlaşmalar imzalanması haqqında danışıqlar aparılır. Danışıqların yeni dövrəsi mayın 2-də İstanbulda başlanmışdır. Qərb firmalarının və Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndələri hazırda orada danışıqlar aparırlar. Mən belə düşünürəm ki, biz yavaş-yavaş bağlaşmaların imzalanmasına yaxınlaşırıq. Görünür, neft bağlaşmalarının imzalanmasına başlaya biləcəyimiz gün uzaqda deyildir.

Sual: Cənab prezident, Siz istər Azərbaycanın, istərsə də SSRİ-nin dövlət strukturlarında zəngin iş təcrübəsinə maliksiniz, bir vaxtlar Azərbaycan Kommunist Partiyasının, ondan əvvəl isə Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin rəhbəri, sonralar isə keçmiş SSRİ-də Sov.İKP MK Siyasi Bürosunun üzvü olmuşsunuz. Siz Azərbaycanda dövlət quruculuğunun indiki səviyyəsini neçə səçiyyələndirərdiniz?

İkinci sual: Bu yaxınlarda mətbuatda xəbər verilmişdir ki, Rusiya Federasiyasının prezidenti çənab Yeltsinin dediyinə görə, Rusiya öz hüdullarından kənarda, MDB-yə daxil olan ölkələrin ərazisində təxminən 30 hərbi baza yerləşdirmək niyyətindədir. Bununla əlaqədar olaraq fikrinizi öyrənmək istərdim, hadisələrin Azərbaycanla bağlı bu çür inkişafı Sizin ücün məqbuldurmu?

Cavab:  Keçmiş işimdən məni xatırlalığınıza və unutmadığınıza görə minnətdaram. Mən həqiqətən Azərbaycan Kommunist Partiyasının rəhbəri, həm də Siyasi Büronun üzvü və keçmiş Sovet İttifaqı baş nazirinin birinci müavini kimi SSRİ-nin rəhbərlərindən biri olmuşam.

Lakin sizin sualınız Azərbaycanda indiki dövlət quruluşu ilə bağlıdır. Azərbaycan dövlət inkişafının müstəqil yoluna qədəm qoymuşdur. Ölkənin prezidenti kimi, bəyan edirəm ki, Azərbaycanın müstəqilliyi dönməz prosesdir. Respublika bundan sonra da özünün dövlət müstəqilliyini möhkəmləndirəcəkdir. Müstəqil dövlət olan Azərbaycan demokratik cəmiyyətin bütün atributları nəzərə alınmaqla hüquqi demokratik dövlət quruculuğu yolu ilə gedir və gedəcəkdir.

Həmin atributları deyərkən mən şəxsiyyət azadlığını, vicdan azadlığını, insan hüquqlarının qorunmasını, çoxpartiyalı sistemi, siyasi plüralizmi, bazar iqtisadiyyatını, azad sahibkarlığı, ümumbəşəri dünya dəyərlərinə qovuşmağı nəzərdə tuturam. Əminəm ki, Azərbaycan bu yolla gedəcəkdir. Hər halda Azərbaycan prezidenti kimi, mən buna çalışacağam. Ümidvaram ki, bütün Azərbaycan xalqı da bu fikirdədir.

İndi müstəqil dövlətlər olan keçmiş Sovet İttifaqı respublikalarının ərazisində Rusiyanın 30 hərbi baza yerləşlirməyə hazırlaşması barədə xəbərlərə gəldikdə, deyə bilərəm ki, bu bazalar respublikaların bir çoxunla yerləşdirilmişdir. Əgər bizim regiondan, Zaqafqaziyadan, Gürcüstan, Ermənistan və Azərbaycanın daxil olduğu və sizlərlə deyildiyi kimi, Cənubi Qafqazdan söhbət salsaq, deməliyəm ki, həm Gürcüstanda, həm də Ermənistanda Rusiyanın hərbi bazaları və qoşunu var. Gürcüstanın Türkiyə ilə sərhədini, Ermənistanın Türkiyə və İranla sərhədini Rusiyanın sərhəd qoşunları mühafizə edirlər. Azərbaycanda Rusiyanın qoşunu yoxdur. Mən Rusiyanın planlarından xəbərdar deyiləm. Əlbəttə, hər bir dövlətin öz planları ola bilər. Lakin Azərbaycan da müstəqil dövlətdir və onun da öz planları var.

Sual: Cənab prezident, Azərbaycan OPEK-də müşahidəçi statusu almağa hazırlaşırmı? Bu barələ sizin fikrinizi bilmək istərdim. Siz bu beynəlxalq təşkilatın tam hüquqlu üzvü statusu almağınızı mümkün sayırsınızmı?

Cavab:  Biz bu məsələni öyrənirik. Bayaq dediyim kimi, Qərbin neft şirkətləri konsorsiumu ilə böyük saziş bağlamaq haqqında danışıqlar aparılır. Bu danışıqların nəticələri, şübhəsiz ki, Azərbaycanda neft sənayesinin gələcək inkişaf yolunu müəyyənləşdirəcək. Nəticələrdən asılı olaraq biz gələcək addımlarımızı müəyyən edəcəyik.

Sual: Çənab prezident, Ermənistanın "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulmağa hazırlaşması indi ATƏM-in, onun Minsk qrupunun, Təhlükəsizlik haqqında müqavilənin, Ermənistan - Azərbaycan münaqişəsinin aradan qaldırılmasına dair vasitəçilik səylərinin düşdüyü aciz vəziyyətə gətirib çıxarmayacaqmı? İkinci sual: "Sülh naminə tərəfdaşlıq" proqramı məsləhətləşmələrdən, o cümlədən siyasi məsləhətləşmələrdən əlavə, daha bir neçə bənd, yəni birgə təlimlər keçirilməsinin, hərbi planlaşdırma və hərbi quruçuluğu da nəzərdə tutur. Azərbaycan bu bəndlərdən istifadə edəçəkmi? Başqa sual: Əgər MDB-nin Kollektiv Təhlükəsizliyi haqqında müqaviləni imzalamış ölkələrin və Azərbaycanın da qoşulduğu "Sülh naminə ttərəfdaşlıq" proqramını imzalamış dövlətlərin mənafelərinin uyğun gəlmədiyi vəziyyət yaranarsa, bu halda Azərbaycan prezidenti neçə hərəkət edəcək?

Cavab:  Ermənistanın "Sülh naminə tərəfdaşlıq" proqramını imzalamağa hazırlaşmaeı barədə bizdə məlumat yoxdur. Əgər imzalasa belə, zənnimcə, NATO ilə əməkdaşlığımıza bundan xələl gəlməyəcək. Bundan əlavə, mənə belə gəlir ki, NATO-nu MDB ilə eyniləşdirmək lazım deyil, bu birincisi. İkincisi isə, mən hesab etmirəm ki, Ermənistan ilə Azərbaycan arasında münaqişəni Təhlükəsizlik haqqında müqavilə çərçivəsində aradan qaldırmaq üçün MDB-nin imkanları tükənmişdir. Azərbaycan ilə NATO arasında konkret əməkdaşlığa gəldikdə isə, bu əməkdaşlığın prinsipləri və istiqamətləri "Sülh naminə tərəfdaşlıq" proqramının imzalanmasından sonra bizim imzalayacağımız sənəddə müəyyən ediləcəkdir. Həmin sənəddə hər şey nəzərdə tutulacaqdır. Məsələn, bizim NATO ilə əməkdaşlığımızın hansısa mənfi nəticələrinin ola biləcəyinin mümkünlüyü məni narahat etmir. Əksinə, əminəm ki, bu əməkdaşlıq çox müsbət olacaqdır.

Sual: "Sülh naminə ttərəfdaşlıq" proqramında sazişi imzalamış ölkənin ərazi bütövlüyünə təhlükə yaranarsa, həmin ölkəyə NATO çərçivəsində siyasi məsləhətləşmələr keçirilməsini tələb etmək hüququ verən bənd nəzərdə tutulmuşdur. Siz yaxın vaxtlarda bu hüquqdan istifadə etmək niyyətindəsinizmi? İcazənizlə, ikinci sual: İqtisadi baxımdan Rusiya -Azərbaycan münasibətlərinin gələçəyini neçə görürsünüz?

Cavab: Birinci sualınızın cavabında deyim ki, "Sülh naminə ttərəfdaşlıq" çərçivə sənədini imzalamaqla biz yarı yolda dayanmaq fikrində deyilik. Əksinə, bu əməkdaşlığın imkanlarından, o cümlədən, təbii ki, məsləhətləşmələrdən də maksimum istifadə etmək əzmindəyik.

O ki qaldı Azərbaycan ilə Rusiya arasındakı münasibətlərə, deməliyəm ki, mehriban qonşuluq münasibətlərini yaxşılaşdırmaq üçün son vaxtlar çox fəal addımlar atılmışdır, yaxın keçmişlə müqayisədə münasibətlərimiz indi həqiqətən xeyli yaxşılaşmışdır. Rusiyanın rəhbərləri prezident - Boris Yeltsinlə, baş nazir Viktor Çernomırdinlə, xarici işlər, mudafiə nazirləri ilə, başqa vəzifəli şəxslərlə görüşlərimiz aydın surətdə göstərir ki, biz Rusiya ilə iqtisadi, mədəni, texniki və başqa əlaqələri daha da inkişaf etdirmək yolu ilə gedirik. Bundan əlavə, bildiyiniz kimi, keçən ilin sentyabrında biz MDB-yə daxil olmuşuq və Birlik çərçivəsində Rusiya ilə əməkdaşlıq edirik. Əməkdaşlığımızın perspektivləri olduqca əlverişlidir.

Sual: Məlum olduğu kimi, Azərbaycan Mərkəzi Asiya respublikaları barəsində lider rolunu oynayır. Sizin indiki səfəriniz, NATO-nun iqamətgahında sənədlərin imzalanması həmin regiondakı respublikaların bu sənədlərə qoşulmasına hazırlıqdırmı? Mərkəzi Asiya respublikalarının rəhbərləri ilə məsləhətləşmələriniz olubmu?

Cavab: Mən heç vaxt hansısa regionla liderlik roluna iddia etməmişəm və bu gün də belə bir iddiala deyiləm. Orta Asiya respublikaları ilə, Qazaxıstanla bizim çox yaxşı, mehriban, dostcasına münasibətlərimiz var. Lakin "Sülh naminə ttərəfdaşlıq" proqramını imzalamaq qərarına gedərkən, biz heç kimdə, o cümlədən də bu ölkələrlə məsləhətləşməmişik. Biz bu qərarı tamamilə müstəqil şəkildə qəbul etmişik və kiminləsə məsləhətləşməyi lazım bilməmişik. Bu ölkələrin "Sülh naminə ttərəfdaşlıq" proqramı barəsindəki mövqeyi mənə məlum deyil.

Sual: İş belə gətirmişdir ki, Azərbaycanın üç böyük qonşusu var - Rusiya, Türkiyə və İran. Azərbaycan Rusiya ilə birlikdə Kollektiv Təhlükəsizlik haqqında müqaviləyə daxildir. Bu gündən etibarən, "Sülh naminə tərəfdaşlıq" çərçivə sənədinin imzaladıqdan sonra Türkiyə ilə müəyyən dərəcədə ümumi ittifaqa daxil olur. Yerdə qalır İran. Bilirik ki, İran Azərbaycana kömək göstərir, qaçqınlara yardım edir. Qarşılıqlı təhlükəsizlik haqqında hansısa müqavilənin imzalanması nəzərdə tutulurmu? Çünki bu baxımdan İran kənarda qalmışdır.

Cavab: Azərbaycan üçün İran böyük qonşu ölkədir. Bizim çox mehriban, dostcasına münasibətlərimiz var. Keçən ilin oktyabrında İran prezidenti cənab Haşimi-Rəfsəncani Azərbaycanda rəsmi səfərdə olmuşdur. O zaman biz dövlətlərarası münasibətlərin inkişafı üçün perspektivlər açan bir sıra sənəd imzalamışıq. Azərbaycanın İranla iqtisadiyyat sahəsində, bütün başqa sahələrdə əməkdaşlığının böyük perspektivi var. Əgər hansısa yeni sənədlər imzalamaq tələb olunarsa, o zaman, görünür, bu məsələ hər bir ayrıca halda nəzərdən keçiriləcək. İran həqiqətən Azərbaycan qaçqınlarına böyük humanitar yardım göstərir. Bu yardıma görə biz İran hökumətinə minnətdarıq və əminik ki, Azərbaycan ilə İran arasında dostluq və əməkdaşlığın inkişaf perspektivləri əlverişli olacaqdır.

Sual: Sizin Ankaraya qarşıdakı səfəriniz Azərbaycanla Türkiyə arasında əməkdaşlığın hansısa yeni istiqamətləri ilə bağlıdırmı? Bununla əlaqədar ikinci bir sual: Siz Türkiyədə kiminlə görüşmək fikrindəsiniz?

Cavab: Mən səhər tezdən Brüsseldən yola düşürəm. Təyyarəmiz texniki mülahizələrə görə Ankarala yerə enməlidir. Mən bu imkandan istifadə etmək və Türkiyə rəhbərlərinin arzusu olarsa, onlarla görüşmək və fikir mübadiləsi etmək niyyətindəyəm. Bu görüş əvvəlcədən planlaşdırılmadığına görə, indidən bir şey demək çətindir. Məlum olduğu kimi, Türkiyə ilə Azərbaycanı çox yaxın, dostcasına münasibətlər birləşdirir və ölkələrimizin rəhbərlərinin hər bir görüşü, o cümlədən də sabah ola biləcək görüş, şübhəsiz, bu münasibətlərin möhkəmlənməsinə xidmət edir. Sabah nə olacağını sabah bilərik. İndi bu barədə heç nə deməyəcəyəm.

Təşəkkür edirəm. Diqqətinizə görə sağ olun.

Tarixi arayış