Hörmətli cənab Prezident!
İsveçrə Konfederasiyasının milli bayramı – Konfederasiyasının yaradılması günü münasibətilə Sizi və dost İsveçrə xalqını səmimi- qəlbdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə İsveçrə arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə daim möhkəmlənəcək və inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti