Venesuela Respublikasının prezidenti zati-aliləri cənab Hüqo Çaves Friasa - Bakı şəhəri, 2 avqust 2000-ci il


Hörmətli cənab prezident!

Venesuela Respublikasının prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Venesuela arasındakı dostluq münasibətlərinə böyük əhəmiyyət verirəm. Əminəm ki, ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın rifahı naminə daim möhkəmlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Venesuela xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 3 avqust 2000-ci il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

XARİCİ SİYASƏT