Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü Arkadi Pavloviç Nesterova - Bakı şəhəri, 19 iyun 2003-cü il


Hörmətli Arkadi Pavloviç!

Sizi, tibb elminin və səhiyyənin görkəmli xadimlərindən birini 80 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı və firavanlıq arzulayıram.

Siz öz elmi və əməli fəaliyyətinizlə müasir dövrdə oftalmologiyanın inkişafına sanballı töhfə vermisiniz. Sizin göz xəstəliklərinin aktual problemlərinə həsr olunmuş, SSRİ-nin və Rusiyanın Dövlət mükafatlarına layiq görülmüş fundamental əsərləriniz Rusiya elminin şöhrətini artıraraq, dünyada geniş nüfuz qazanmışdır.

Uzun müddətdir ki, Sizi respublikamızda tibb elminin görkəmli nümayəndələri ilə sıx dostluq və əməkdaşlıq telləri bağlayır. Ümidvaram ki, Siz Azərbaycan və Rusiya oftalmoloqları arasında əməkdaşlığın möhkəmlənməsinə və genişlənməsinə bundan sonra da kömək edəcəksiniz.

Sizə uzun ömür arzulayıram.

Dərin hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 20 iyun 2003-cü il.