Аzərbаycаn Rеspublikаsının Prеzidеnti Hеydər Əliyеvin Amеrikа Birləşmiş Ştаtlаrındаn Bаkıyа qаyıdаrkən Binə bеynəlхаlq hаvа limаnındа kütləvi infоrmаsiyа vаsitələrinin nümаyəndələrinə vеrdiyi müsаhibə - 14 mаrt 2003-cü il


Hеydər Əliyеv: Axşamınız xeyir, hörmətli jurnalistlər!

Yəqin siz bura gəlmisiniz ki, Amerikadakı bizim görüşlərimiz və danışıqlarımız haqqında, apardığımız işlər haqqında məndən yeni məlumatlar alasınız. Ancaq bilirsiniz ki, görüşlər, bütün işlərimiz qurtarandan sonra mən Vaşinqtonda Azərbaycanın orada olan mətbuat orqanlarına müsahibə verdim və gördüyümüz işlər, əldə edilən nəticələr haqqında nə mümkündürsə, onu da dedim.

Ondan sonra isə bilirsiniz ki, mən xəstəxanada olmuşam.

Elə bir iş görülməyibdir. Ona görə də mənim sizə deyəsi elə bir sözüm yoxdur. Yəni sizə əlavə bir məlumat verə bilmərəm.

Təşəkkür edirəm ki, buraya gəlmisiniz. Mənə diqqət göstərdiyinizə görə çox sağ olun. Ancaq gəlin bununla görüşümüzü qurtaraq.

Sual: Cənab Prezident, özünüzü necə hiss edirsiniz?

Cavab: Yaxşı hiss edirəm. Narahat olmayın, yaxşı hiss edirəm. Hər şey yaxşıdır. Səhhətim barədə də heç kəs narahat olmasın. Təbiidir, cərrahiyyə əməliyyatıdır, ondan sonra onun sağalma dövrüdür. Bunlar hamısı təbiidir. Amma qalan sahədə hər şey normaldır, heç kəs narahat olmasın. Heç kəs də düşünməsin ki, Heydər Əliyev xəstələnibdir.

Sual: Cənab Prezident, müalicə olunduğunuz dövrdə Azərbaycanda baş verən hadisələr barədə ətraflı məlumat ala bilirdinizmi və ölkədə olmadığınız müddətdə dövlət məmurlarının işi Sizi razı salırmı?

Cavab: Təbii ki, məlumat alırdım. Mən hər gün əlaqə saxlayırdım. Bütün əsas məsələlər haqqında mənə məlumatlar verilirdi. Mən lazımi göstərişləri verirdim. Mənim bu barədə ölkə ilə əlaqəm kəsilməmişdi və burada gedən bütün işlərə həm nəzarət edirdim, həm də məlumat alırdım və lazımi göstərişlərimi verirdim.

Hesab edirəm ki, burada məmurlarımızın hamısı normal işləyibdir. Hər halda, görürsünüz, bu müddətdə Azərbaycanda ictimai-siyasi sabitlik yerindədir, işlər gedir, iqtisadiyyatda inkişaf var. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı ilə aparılan danışıqlar çox yaxşı müsbət nəticələr veribdir. Hər şey qaydasında gedibdir. Heç kəs narahat olmasın.

Tarixi arayış

MÜSAHİBƏLƏR