Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Danimarkanın kraliçası ülyahəzrət II Marqretə məktubu - Bakı şəhəri, 10 aprel 2003-cü il


Ülyahəzrət!

Danimarka Krallığının milli bayramı - Kraliçanın təvəllüd günü münasibətilə sizi və bütün xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Danimarka arasında dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 16 aprel 2003-cü il.

Tarixi arayış

Azərbaycan - Avropa