Norveç kralığının baş naziri zati-aliləri cənab Kyel Maqne Bondevikə - Bakı şəhəri, 13 may 2002-ci il


Hörmətli cənab baş nazir!

Norveç krallığının milli bayramı - Konstitusiya günü münasibətilə Sizi və bütün Norveç xalqını təbrik edirəm.

Azərbaycan ilə Norveç arasındakı dostluq və əməkdaşlığın genişlənməsindən məmnunluq duyuram. Əminəm ki, dost ölkələrimiz arasındakı əməkdaşlıq münasibətləri qarşılıqlı surətdə faydalı zəmində daim inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və çiçəklənmə arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 17 may 2002-ci il.