Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının sədri zati-aliləri cənab Fidel Kastro Rusa təbriki - Bakı şəhəri, 13 avqust 2001-ci il


Hörmətli cənab Sədr!

Sizi anadan olmağınızın 75 illiyi münasibətilə ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan və Kuba arasında mövcud olan dostluq əlaqələri və qarşılıqlı münasibətlər bundan sonra da möhkəmlənəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza sülh, tərəqqi və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

XARİCİ SİYASƏT