Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gürcüstanda çıxan "Gürcüstan" qəzetinin kollektivinə təbriki - Bakı şəhəri, 22 oktyabr 1997-ci il


Hörmətli soydaşlar!

"Gürcüstan" qəzetinin çapdan çıxmasının 75 illiyi münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ötən illər ərzində qəzetiniz qonşu Gürcüstanın, o cümlədən orada yaşayan azərbaycanlıların həyatında baş verən hadisələrin işıqlandırılmasında, Gürcüstan və Azərbaycan xalqları arasında tarixən mövcud olan mehriban qonşuluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsində əməli xidmətlər göstərmişdir. Mən qəzetin yaradıcı kollektivinin əməyini yüksək qiymətləndirirəm.

Ümidvaram ki, redaksiyanın əməkdaşları dövlətlərimizin ənənəvi dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etməsi, ölkələrimizdə dövlət quruculuğu sahəsində gedən proseslərin obyektiv işıqlandırılması üçün bundan sonra da əzmlə çalışacaqlar.

Sizə cansağlığı və səadət, yaradıcılıq fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Ümumi tarixi arayış

Azərbaycan - Gürcüstan münasibətləri

Tarixi arayış

MEDİA