Nigeriya Federativ Respublikasının Prezidenti zati-aliləri cənab Olusequn Obasancoya - Bakı şəhəri, 24 sentyabr 2003-cü il


Hörmətli cənab prezident!

Nigeriya Federativ Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasında təşəkkül tapmış münasibətlər xalqlarımızın mənafeyi naminə daim inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Nigeriya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 1 oktyabr 2003-cü il

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış