Bakı-Supsa neft kəməri


Qərb ixrac magistral neft kəməri. 17 aprel 1999-cu ildə istifadəyə verilmişdir. Bu kəmər Səngəçal terminalından başlayaraq, Gürcüstanın Supsa terminalına birləşən tankeryükləmə qurğusuna (Qara dənizdə) qədər uzanır. Kəmərin uzunluğu 836 km (Azərbaycan hissəsi 456,9 km), illik neftötürmə qabiliyyəti  5,75 milyon tondur.