Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin BMT-nin Vyanadakı nümayəndəliyində Beynəlxalq Atom Enerjisi Agentliyinin Baş Direktoru Məhəmməd Elbaradei ilə görüşdə söhbəti - 5 iyul 2000-ci il


Məhəmməd Elbaradei: Cənab Prezident, xoş gördük. Sizinlə, görkəmli dövlət xadimi Heydər Əliyev ilə görüşdən şərəf duyduğumu bildirirəm.

Məlumatımız var ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin sentyabr ayında konfransı keçiriləcək Azərbaycanın bu quruma üzv qəbul olunması məsələsi də müzakirə ediləcək. Əmin olduğumu bildirirəm ki, bundan sonra Azərbaycan ilə bu agentlik arasında əməkdaşlıq daha da genişlənəcəkdir. Nəzərə çatdırım ki, nüvə avadanlığından həm elektrik enerjisi almaq üçün, həm də səhiyyə sistemində xəstələrə düzgün diaqnoz qoyulmasında, kənd təsərrüfatında məhsuldarlığın artırılmasında, sənayedə geoloji məmulatın tərkibinin düzgün müəyyənləşdirilməsində istifadə edilir. Ümidvar olduğumu bildirirəm ki, Azərbaycan bu quruma üzv qəbul edildikdən sonra agentliyin bir sıra texniki proqramlarından faydalanacaqdır. Onu da bildirim ki, radiasiya çirklənmələrinin qarşısının alınması və tullantıların zərərsizləşdirilməsi üçün Beynəlxalq Atom Enerjisi Agentliyi Azərbaycana hər cür yardım göstərməyə hazırdır.

Heydər Əliyev: Səmimi sözlərə və verilən məlumata görə Sizə minnətdarlığımı bildirirəm.

Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əlaqələrin genişləndirilməsinə Azərbaycan böyük əhəmiyyət verir. Xatırladım ki, Azərbaycan Respublikası ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında nüvə silahının yayılmaması haqqında müqavilə ilə əlaqədar təminatların tətbiqi barədə saziş imzalanmışdır. Mən bu agentliyin nümayəndə heyətinin respublikamıza səfər etmək niyyətini dəstəkləyirəm.

Oçerklər

Azərbaycan - BMT

Ümumi tarixi arayış

Azərbaycan - BMT‎

Tarixi arayış

Azərbaycan - BMT