Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevi Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın, Baş nazirin müavini, xarici işlər naziri Abdullah Gülün ziyarət etməsi - Ankara, Gülhanə Hərbi Tibb Akademiyası, 10 may 2003-cü il


Görüş zamanı Türkiyənin Baş naziri cənab Rəcəb Tayyib Ərdoğan Prezident Heydər Əliyevi yubileyi münasibətilə səmimi-qəlbdən təbrik etdi, ona uzun ömür, möhkəm cansağlığı, dost və qardaş Azərbaycanın tərəqqisi naminə fəaliyyətində daha böyük uğurlar arzuladı.

Baş nazir və Xarici İşlər naziri Azərbaycan prezidentinin səhhətinin yaxşı olmasından, onu gümrah görmələrindən məmnun qaldıqlarını söylədilər.

Prezident Heydər Əliyev xoş sözlərə, ona göstərilən hörmət və ehtirama görə təşəkkür etdi.

Daha sonra təklikdə davam etdirilən söhbətdə ölkələrimizi maraqlandıran bir sıra məsələlər barədə fikir mübadiləsi aparıldı.