Fransa Respublikasının Prezidenti zati-aliləri cənab Jak Şiraka - Bakı şəhəri, 22 sentyabr 2001-ci il


Hörmətli cənab prezident!

Tuluza şəhərində baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı olması xəbəri məni ürəkdən kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralanların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 23 sentyabr 2001-ci il.