Ermənilər fiaskoya uğradılar


Azərbaycan Prezidenti Heydər Əliyevin Vaşinqtona rəsmi səfəri Bakı-Vaşinqton münasibətlərində yeni bir mərhələnin başlanğıcı olarkən bu səfərdən ən çox erməni lobbisi narazı qaldı. Ağ evdəki görüşlərdə Amerika ilə Azərbaycan arasında bir investisiya sazişi və Bakı ilə dörd nəhəng neft şirkəti arasında 8 milyard dollarlıq saziş imzalandı.

Vaşinqtona rəsmi səfərə gələn ilk Azərbaycan Prezidenti kimi Heydər Əliyev Amerikanın Azərbaycana humanitar yardımları qadağan edən qanunu və Dağlıq Qarabağ mövzularında da Amerika hökumətinin tam dəstəyini aldı. Bir neçə saat sürən görüşdən sonra yayılan birgə bəyanatda əməkdaşlığın inkişafı və gücləndirilməsi mövzusunda razılıq əldə olunduğu qeyd edildi. Klinton hökumətinin Azərbaycanın ərazi bütövlüyünü və demokratik yolla inkişafını dəstəklədiyi və iki ölkə arasındakı yaxın münasibətlərin regionda sülh və sabitliyin bərqərar olması üçün mühüm olduğu vurğulandı. Klinton və Əliyevin Dağlıq Qarabağ problemini tezliklə və sülh yolu ilə nizamlanmasını istədikləri və münaqişənin həlli yollarının ATƏT-in Lissabon sammiti prinsipləri çərçivəsində olması zərurətinə dair qərara gəldikləri də göstərildi.

Ermənilər çaşıb qalmışlar

Sənəddə Amerikadakı erməni lobbisinin səyləri ilə çıxarılan və Amerikanın Azərbaycana humanitar yardımları qadağan edən qanununu iki ölkə arasındakı münasibətlərin potensialını məhdudlaşdırması da qeyd olundu. Prezident Klintonun həmin qanunun dəyişdirilməsini qətiyyətlə dəstəklədiyi vurğuladı.

Bill Klinton və Əliyevin başladığı demokratik və iqtisadi islahatlardan razılıqla söz açarkən Azərbaycanın əmin-amanlığı üçün demokratiyanın, sərbəst bazar münasibətlərinin və insan haqlarına hörmət bəslənməsinin əhəmiyyətini xüsusi vurğuladı.

Bill Klinton və Əliyevin fikirləri iki ölkə arasında ticarət və iqtisadi münasibətlər və Xəzər dənizi hövzəsindəki təbii enerji qaynaqlarının istismarı məsələsində də üst-üstə düşdü. Amerika Azərbaycanın yeni yaradılan Avropa təhlükəsizlik qurumlarına fəal inteqrasiyasını da dəstəklədiyini bildirdi.

Söhbət zamanı Amerika ilə Azərbaycan arasında bir investisiya sazişi imzalandı. Qarşılıqlı investisiya sazişi sərmayə və mənfəətlərin bir ölkədən o birinə keçməsinin sərbəstləşdirir və investisiyaların təhlükəsizliyinə təminat verir. Azərbaycan nəhəng neft şirkətləri olan "Eksson", "Mobil", "Şevron" və "AMOKO" ilə də 8 milyard dollarlıq saziş imzaladı.

"Hürriyyət" qəzeti,
Türkiyə 3 avqust, 1997-ci il