Yaponiyanin Baş naziri zati-aliləri cənab Keydzo Obuçiyə - Bakı şəhəri, 4 oktyabr 1999-cu il


Hörmətli cənab Baş nazir!

"Əsrin müqaviləsi"nin beşinci ildönümü münasibətilə səmimi təbriklərinizə görə sizə dərin minnətdarlığımı bildirirəm. Xəzərin Azərbaycan sektorundakı zəngin neft və qaz yataqlarının birgə işlənilməsində Yaponiya şirkətlərinin iştirakına böyük əhəmiyyət verirəm. Enerji ehtiyatlarımızın hasil olunması, neft və kimya sənayemizə investisiyalar qoyulması işində Yaponiya hökumətinin səylərini yüksək qiymətləndirirəm.

Ümidvaram ki, Xəzər dənizinin karbohidrogen ehtiyatlarının istismarına dair birgə layihələrimizin həyata keçirilməsi sahəsində əməkdaşlığımız bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.

Əminəm ki, Azərbaycan-Yaponiya əlaqələri xalqlarımızın və ölkələrimizin mənafeləri naminə daim genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Yaponiya xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan - Asiya