Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Almaniya-Azərbaycan Forumu İdarə Heyətinin və Rəyasət Heyətinin üzvləri ilə görüşdə çıxışı - Bonn, 1 iyul 1996-cı il


Hörmətli xanımlar və cənablar!

Bu gün sizinlə, yenicə yaranmış Almaniya - Azərbaycan forumu idarə heyətinin və rəyasət heyətinin üzvləri ilə görüşməyimdən çox məmnunam və buna çox sevinirəm.

Azərbaycan Respublikası beşinci ildir ki, müstəqil dövlət kimi yaşayır. Sovetlər İttifaqının dağılması dünyada çox böyük dəyişikliklər meydana gətirmişdir. Bu dəyişikliklərdən ən mühümü ondan ibarətdir ki, keçmişdə Sovetlər İttifaqına daxil olan respublikalar öz milli azadlığına, dövlət müstəqilliyinə nail ola bilmişlər. Ümumiyyətlə 80-ci illərin ikinci yarısında və 90-cı illərin əvvəllərində dünyada gedən proseslər həm Almaniya üçün, həm də keçmiş Sovet İttifaqı respublikaları, о cümlədən Azərbaycan üçün çox əhəmiyyətli və faydalı olmuşdur.

1990-cı ilin oktyabrında nəhayət, Almaniya birləşmiş və ikinci dünya müharibəsindən sonra Almaniyanın parçalanmasına son qoyulmuşdur. Bunun Almaniya və bütün dünya üçün nə qədər böyük, əlamətdar hadisə olduğunu siz də, biz də çox yaxşı dərk edirik. Berlin divarı uçuruldu, Almaniya birləşdi. Almaniya Avropanın mərkəzində vahid bir dövlət, ölkə kimi Dünya Birliyində öz yerini tutubdur və Dünya Birliyində onun özünəməxsus fəaliyyəti var.

Almaniyanın tarixi də, alman xalqının əsrlər boyu keçdiyi yol da və XX əsrdə Almaniyanın başına gəlmiş bəlalar da məlumdur. Eyni zamanda əsrin ikinci yarısında Almaniyanın nəhayət, birləşməsi, iqtisadi və demokratiya cəhətdən dünyanın ən səviyyəli ölkələrindən biri olması Almaniyanın hər bir vətəndaşını, hər bir almanı, şübhəsiz ki, sevindirir. Biz də buna sevinirik və mən sizi bu münasibətlə bir daha ürəkdən təbrik edirəm. Ümidvaram ki, Almaniya bundan sonra daha yeni nailiyyətlər əldə edəcəkdir.

Almaniyanın, alman xalqının bəşər tarixindəki xidmətlərinə, əldə etdiyi nailiyyətlərə Azərbaycan xalqı çox böyük hörmət və ehtiramla yanaşır. Alman xalqmın böylik nailiyyətləri var, inkişaf etmiş dövlət kimi Almaniyanın çox böyük təcrübəsi var. Mlistəqil Azərbaycan Respublikası bu ölkə ilə sıx əlaqə saxlamaq və bunu gündən-günə möhkəmləndirmək üçün bütün səylərini göstərir.

Siz Almaniyada birləşdiyiniz zaman Azərbaycan da öz müstəqilliyini əldə edirdi. Yəni Almaniyanın birləşməsi, iki Almaniyanın bir-birinə qovuşması vaxtı Azərbaycan da öz dövlət müstəqilliyini qazanırdı. Bu baxımdan biz bir-birimizə çox bənzəyirik. Ancaq böyük fərqimiz də var. Fərq ondan ibarətdir ki, İkinci dünya müharibəsindən sonra Qərbi Almaniya çox böyük iqtisadi nailiyyətlər əldə edib və Almaniya birləşərkən Şərqi Almaniyanı öz yedəyinə, öhdəsinə alıbdır, məndə olan məlumata görə, bu beş ildə Şərqi Almaniyanın da iqtisadi vəziyyətini Ümumalmaniya səviyyəsmə gətirib çıxarıbdır.

Azərbaycan isə Sovetlər İttifaqı dağıldıqdan sonra öz müstəqilliyini əldə edən zaman Sovetlər İttifaqının dağılması və yaranmış böhran vəziyyəti ilə əlaqədar çox ağır iqtisadi problemlərlə rastlaşdı. Bizim də Qərbi Almaniya kimi bir yarımız olsaydı, şübhəsiz ki, bu beş il müddətində siz keçdiyiniz yolu məharətlə keçə bilərdik. Amma biz bundan məhrumuq. Üstəgəl, Ermənistanın Azərbaycana qarşı təcavüzü və bunun nəticəsində Azərbaycan torpaqlarının iyirmi faizinin işğal edilməsi, işğal olunmuş ərazilərdən bir milyondan artıq vətəndaşımızın yerindən-yurdundan zorla çıxarıması. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan xalqı dövlət müstəqilliyi əldə etməyi özü üçün tarixi hadisə sayır və biz indi, bu ağır, çətin vəziyyətdə müstəqil dövlətimizi qurur, ölkəmizin müstəqilliyini möhkəmləndiririk.

Keçmişdə Sovetlər İttifaqına daxil olan və indi müstəqil dövlət olan ölkələrin hamısı eyni vəziyyətdə deyil və hamısı da dövlət müstəqilliyini eyni vəziyyətdə saxlaya bilmir. Hər bir ölkənin özünə xas olan problemləri var. Bizim də problemlərimiz var. Ancaq bir şey bizim üçün aydındır və istəyirəm siz də bunu biləsiniz ki, bütün bu problemlərə, çətinliklərə baxmayaraq, Azərbaycan öz müstəqilliyini heç vaxt əldən verməyəcək və Azərbaycan Respublikasının, Azərbaycan xalqının dövlət müstəqilliyi əbədi olacaqdır.

Azərbaycanın böyük təbü sərvətləri var. Azərbaycan xalqı istedadlı xalqdır. Bizim xalqımızın çoxəsrlik, şərəfli tarixi var. Azərbaycanın yazıçıları, şairləri, bəstəkarları dünya mədəniyyətinə böyük-böyük töhfələr veriblər. Azərbaycan müstəqil dövlət kimi yaşayır və Dünya Birliyində daim özünəməxsus yerini tutmağa qadirdir.

Bizim üçün ən ağır problem Ermənistanın Azərbaycana qarşı etdiyi təcavüz və onun nəticəsində ölkəmizə vurulmuş zərbələrdir. Azərbaycan sülh siyasəti aparır. Biz istəyirik ki, bölgəmizdə də, bütün Qafqazda da sülh olsun, dünyanın hər yerində sülh olsun. Ona görə də Ermənistanın təcavüzü nəticəsində Azərbaycana vurulan bütün zərbələrə baxmayaraq, iki il bundan öncə biz Ermənistanla Azərbaycan arasında müharibəni, atəşi dayandırmışıq.

1988-ci ildən Ermənistanın Azərbaycana qarşı başladığı təcavüz nəticəsində biz böyük itkilər vermişik, çox şəhidlər vermişik, gənclərimizin bir çoxu bu müharibədə özlərini qurban veriblər. Bunların nə demək olduğunu siz, almanlar bəlkə də hamıdan yaxşı bilirsiniz. Məsələn, indi mənə tərcüməçilik edən, alman dilini yaxşı bilən Azərbaycan professoru Çərkəz Qurbanlının oğlu 1994-cü ildə torpaqlanmızı müdafiə edərkən 26 yaşında şəhid olubdur.

Ancaq bütün bunlara baxmayaraq biz Ermənistanla sülh yaratmaq, münaqişəni sülh yolu ilə aradan qaldırmaq istəyirik. Bundan ötrü də çox konstruktiv addımlar atırıq. Biz ədalət tələb edir və məsələnin ədalətlə həll olunmasını istəyirik.

Ədalət də ondan ibarətdir ki, Azərbaycanın işğal edilmiş bütün torpaqları azad olunmalı, Ermənistanın işğalçı qüvvələri Azərbaycanın ərazisindən qeyd-şərtsiz çıxmalıdır. Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı bərpa olunmalıdır. Bu, adicə beynəlxalq hüquq normalarının tələbidir. Biz heç bir ölkənin torpağına göz dikmirik, amma öz torpağımızın da bir metrini belə heç kəsə verə bilmərik. Biz bu şərtlər daxilində Ermənistanla danışıqlar aparır və münaqişəyə sülh yolu ilə son qoymaq istəyirik.

Amma bütün bu problemlərə baxmayaraq, müstəqil Azərbaycan Respublikası öz müstəqillik yolu ilə çox inamla .gedir. Biz Azərbaycanda hüquqi demokratik dövlət qururaq iqtisadiyyatımızı bazar iqtisadiyyatı prinsipləri əsasmda dəyişdirir, mülkiyyətin özəlləşdırilməsı proqramını sürətlə həyata keçirir, sərbəst iqtisadiyyat, təşəbbüskarlıq, azad sahibkarlıq prinsiplərini bərqərar edirik. Bu prinsiplər əsasında dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əlaqələr qururuq. Azərbaycanın təbii sərvətlərindən, böyük iqtisadi potensialından müştərək istifadə olunması üçün dünyanın şirkətləri ilə iş görməyə hazırıq və bu sahədə müəyyən nailiyyətlər əldə etmişik. Azərbaycanın zəngin neft və qaz yataqlarından istifadə olunması üçün dünyanın - Amerikanın, Avropanın iri neft şirkətləri ilə 1994-cü, 1995-ci illərdə və nəhayət, bu il, 1996-cı ildə böyük müqavilələr imzalamışıq və bunlar həyata keçirilir. Azərbaycan iqtisadiyyatının bütün başqa sahələrində də xarici ölkələrlə, şirkətlərlə müştərək iş görmək üçün böyük imkanlar var: biz bunu dünyaya bəyan etmişik və mən bu gün sizə bir daha deyirəm ki, Azərbaycan dünya sərmayəçiləri üçün, müştərək iş görmək üçün açıqdır.

Bu baxımdan biz Almaniya ilə iqtisadi əlaqələri genişləndirməyə çalışırıq və sabah, sonrakı günlərdə ölkənin dövlət, hökumət rəhbərləri, böyük şirkətləri ilə bu barədə konkret danışıqlarım olacaqdır. Biz Almaniyanı özümüz üçün çox dəyərli tərəfdaş hesab edir və bütün sahələrlə əməkdaşlıq etmək istəyirik. Bizim qapılarımız açıqdır.

Bilirsiniz ki, bu ilin aprelində Azərbaycan Avropa Birliyi ilə əməkdaşlıq haqqında saziş imzalayıbdır. Bir həftə bundan öncə Strasburqda Azərbaycan xüsusi qonaq statusu ilə, yəni namizəd şəklində Avropa Şurasına qəbul olunubdur. Bunlar hamısı Azərbaycanın Avropaya mənsub olduğunu, eyni zamanda Azərbaycanda dövlət quruculuğunun, cəmiyyətimizin artıq Avropa standartlarına uyğun olduğunu göstərir.

Keçən il ümumxalq referendumu vasitəsilə Azərbaycanın ilk konstitusiyasını qəbul etdik, demokratik seçkilər nəticəsində, çoxpartiyalıhq prinsipi əsasında Azərbaycanın ilk parlamentini seçdik. Azərbaycanda 30-dan çox partiya, о cümlədən bir çox müxalifət partiyaları fəaliyyət göstərir. Ölkəmizdə mətbuat azadlığı, siyasi plüralizm tam bərqərar olmuşdur. İnsan hüquqlarının qorunması Azərbaycan dövlətinin əsas prinsiplərindən biridir. Bunlar hamısı onu nümayiş etdirir ki, Azərbaycanın Almaniya ilə sıx əməkdaşlıq etməsi üçün bütün sahələrdə əsaslar yaranıbdır.

Bu baxımdan Almaniya - Azərbaycan forumunun yaranmasını çox əlamətdar hadisə hesab edirəm. Bizim çox ehtiyacımız var, xüsusən Azərbaycan həqiqətlərini dünyanın bilməsinə, о cümlədən Almaniyanm hər yerində bilinməsinə ehtiyacımız var. Təəssüflər olsun ki, Azərbaycan həqiqətləri dünyada hələ ki, olduğu kimi məlum deyildir. Biz çalışırıq ki, özümüzü olduğumuz kimi tanıdaq. Çalışırıq ki, Azərbaycan, xalqımız haqqında, ölkəmizdə gedən demokratik proseslər, iqtisadi dəyişikliklər haqqında bütün ölkələrdə dolğun təsəvvür olsun. Ona görə də Almaniya - Azərbaycan forumunun imkanlarına ehtiyacımız çoxdur. Ümidvaram ki, siz Almaniya ilə Azərbaycan arasında olan əlaqələrin daha da genişlənməsi, inkişaf etməsi və möhkəmlənməsi üçün çox iş görə bilərsiniz və arzu edirəm ki, çox iş də görəsiniz. Biz bunun üçün öz tərəfimizdən əlimizdən gələni edəcəyik. Cənab Keslerin dediyi kimi, istərdik ki, sizin forum Azərbaycan üçün Almaniyada güclü bir lobbiyə çevrilsin. Ümidvaram ki, belə də olacaqdır.

Almaniya komandasının Avropa futbol çempionatında qalib gəlməsi münasibətilə sizi ürəkdən təbrik edirəm. Dünyanın futbol həvəskarları dünən Londonda keçirilən bu futbol matçını çox böyük maraqla izləyirdilər. Azərbaycanda da futbol həvəskarlan çoxdur və ölkəmizdə də futbol matçına televiziya ilə çox adam baxıbdır, о cümlədən mən də həmin oyunu televiziya ilə əvvəldən axıradək seyr etmişəm. Matçın birinci yarışında çox narahat idim, çünki ilk qolu çexlər vurdular. Oyunun sonuna 25 dəqiqə qalanadək vəziyyət belə idi. Mən narahat idim ki, birdən almanlar uduzarlar, sonra da məyus olarlar, bizim də buraya səfərimiz yaxşı olmaz. Ona görə oyunu hər saniyə izləyirdim. Matça oğlumla birlikdə baxırdım. О məni sakit edirdi ki, narahat olma, almanlar udacaqlar. Bu söhbətimizdən bir neçə dəqiqə sonra almanlar birinci qolu vurdular. Biz ikimiz də əl çaldıq. Amma London stadionundakı almanlar о qədər əl çalırdılar ki, bizim əl çalmağımızı heç kəs eşitmirdi.

Nəhayət, matç Almaniyanın qələbəsi ilə bitdi. Mən çox sevindim. Televiziya ilə görürdüm ki, cənab Helmut Kol nə qədər sevinir və könlü şaddır. Sizi bir daha təbrik edir və belə şəraitdə Almaniyaya gəlməyimi çox gözəl hadisə hesab edirəm. Güman edirəm ki, bütün almanlar, о cümlədən dövlət və hökumət başçıları da çox xeyirxah olacaqlar. Eşitdiyimə görə, son 20 ildə ilk dəfədir ki, Almaniya Avropa çempionatında qələbə çalıbdır. Güman edirəm ki, indi hamının kefi yaxşıdır və bu, Almaniya - Azərbaycan forumunun işinə də müsbət təsir göstərəcəkdir. Sizin hamınızı Azərbaycana dəvət edirəm, orada sizinlə görüşməyimdən çox məmnun olacağam. Güman edirəm ki, vaxt tapıb gəlməlisiniz, çünki Azərbaycanı görməsəniz onu istənilən səviyyədə təbliğ də edə bilməzsiniz. Mən sizinlə daim əməkdaşlıq edəcəyəm. Sizə cansağlığı, xoşbəxtlik arzulayıram.