Küveyt dövlətinin əmiri Əlahəzrət şeyx Cabir əl-Əhməd əl-Cabir əs-Sabaha - 26 fevral 2000-ci il


Əlahəzrət!

Küveyt dövlətinin Milli gün bayramı münasibətilə sizi, əmir ailəsinin üzvlərini və qardaş Küveyt xalqını səmimi qəlbdən təbrik edir, sizə cansağlığı və səadət, xalqınıza əmin-amanlıq və tərəqqi arzulayıram.

Mən Azərbaycan Respublikası ilə Küveyt dövləti arasında münasibətlərin hərtərəfli inkişafına böyük əhəmiyyət verirəm.

Əminəm ki, ölkələrimizin əlaqələri getdikcə genişlənərək xalqlarımızın rifahına, regionumuzda sülhün və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcəkdir.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 29 fevral 2000-ci il.