Ukrayna Prezidenti zati-aliləri cənab Leonid Kuçmaya - Bakı şəhəri, 4 oktyabr 1999-cu il


Hörmətli Leonid Daniloviç!

"Əsrin müqaviləsi"nin imzalanmasının beşinci ildönümünün bayram edilməsi münasibətilə səmimi təbrikinizə görə sizə ürəkdən təşəkkür edirəm.

Əminəm ki, Azərbaycanın və Ukraynanın hərtərəfli əməkdaşlığı, о cümlədən Xəzərin enerji ehtiyatlarının nəqli və emalı sahəsində əməkdaşlığı ölkələrimizin iqtisadi inkişafına və çiçəklənməsinə kömək edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, böyük uğurlar, qardaş Ukrayna xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.