Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid Məhəmməd Xatəmi ilə görüşdə söhbəti -Tehran, 10 iyun 2000-ci il


Seyid Məhəmməd Xatəmi: Cənab Prezident, xoş gəlmisiniz! Əlbəttə, biz gözləyirik - yəqin ki, İrana geniş bir səfəriniz olacaqdır. Amma İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə görüşünün Sizin iştirakınızla keçirilməsi bu iclası daha da gözəlləşdirdi. İnaniram ki, bu iclasın keçirilməsi EKO-nun üzvü olan dövlətlərin hamısı üçün çox xeyirli və bərəkətli olacaqdır. Ümidvaram ki, xalqlarımız və dövlətlərimiz arasında olan tarixi, mədəni əlaqələr bizi daha da yaxınlaşdıracaq və əmin-amanlığın təmin edilməsi bir çox sahələrdə əməkdaşlığın güclənməsinə zəmin yaradacaqdır. Sizə bir daha"Xos gəlmisiniz!" deyirəm. Eyni zamanda, Sizi müşayiət edən nümayəndə heyəti də xoş gəlibdir.

 Heydər Əliyev: Təşəkkür edirəm, cənab Prezident. Mən dünən, bu gün Tehranda olmağımdan çox məmnunam, çünki İran üçün darıxmşam. Mən də belə fikirdəyəm ki, gərək İrana geniş bir səfərim olsun. Nəzərdə tuturam ki, əgər sizin tərəfdən buna etiraz etməsələr, sentyabr ayında bu səfərin vaxtını müəyyənləşdirmək olar. Ancaq indi EKO Təşkilatının toplantısına gəlmək, İrani görmək, bu Təşkilatın zirvə toplantısında iştirak etmək və Sizinlə görüşmək mənim üçün çox əhəmiyyətlidir. Mən istəyirəm EKO Təşkilatının zirvə görüşünün çox müvəffəqiyyətlə, uğurla, yüksək səviyyədə keçməsinə görə Sizi bir daha təbrik edim. Mən bu görüşü indiyə qədər olan sammitlərlə müqayisə etmək istəmirəm. Ancaq bu görüş, bu sammit çox gözəl keçdi. Sizin rəhbərliyiniz, liderliyiniz və Sizin ətrafınızda olan  dövlət adamlarının çalışması bu sammitin uğurla keçməsini təmin edibdir.

Mən ölkələrimiz arasındakı tarixi qonşuluq münasibətlərini yüksək qiymətləndirirəm, iqtisadi, ticarət və mədəni əlaqələr üzrə İran - Azərbaycan dövlətlərarası müstərək komissiyasının işinin daha da canlandırılması məsələləri barədə ətrafli fikir mübadilləşi aparıldı. Ölkəmiz üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırıması üçün ATƏT-in Minsk qrupu çərçivəsində və birbasa danışıqlar aparılır, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün yeddi ildən bəri çadırlarda ağır vəziyyətdə yaşayır.

Seyid Məhəmməd Xatəmi: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinə İran da tərəfdardır. Azərbaycanın ərazı bütövlüyünü və haqq işini dəstəkləyirik. Qafqazda sülhün və əmin-amanlığın bərqərar olması mühüm əhəmiyyət daşıyır. Xəzər dənizinin statusu, tarixi keçmis nəzərə alinmaqla, mehriban qonşuluq prinsipləri əsasında, sahilyanı dövlətlərin iqtisadi mənafeləri və təhlükəsizliyi gözlənilməklə müəyyənləşdirilməlidir.

Cənab Prezident! Sizin İrana qarşıdakı rəsmi səfəriniz ölkələrimiz arasındakı münasibətlərin inkişafında xüsusi rol oynayacaqə Mən də Sizin ölkənizi görmək arzusundayam. 

Oçerklər

Azərbaycan - Asiya

Ümumi tarixi arayış

Azərbaycan - Asiya

Tarixi arayış

Azərbaycan - Asiya