Dağlıq Qarabağ münaqişəsi


Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi - 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi ilə bağlı Ermənistanla Azərbaycan arasında yaranmış hərbi münaqişə. Müharibə 1988-ci ildən başlayaraq Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı irəli sürdüyü ərazi iddialarına əsaslanan Qarabağ münaqişəsinin davamı olmuşdur. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəslə başa çatmışdır. Münaqişə nəticəsində 30.000-ə yaxın Azərbaycan vətəndaşı həlak olmuş, Azərbaycanın Dağlıq Qarabağ ərazisi və ətrafında yerləşən 7 inzibati rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir.