Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Kanadanın Baş naziri zati-aliləri cənab Jan Kretyenə təbriki - Bakı şəhəri, 28 iyun 2001-ci il


Hörmətli cənab Baş nazir!

Kanadanın milli bayramı - Kanada günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Kanada arasında dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeyi naminə daim inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

XARİCİ SİYASƏT