Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yunanıstan Respublikasının Prezidenti zati-aliləri cənab Konstantinos Stefanopulosa təbriki - Bakı şəhəri, 26 mart 2001-ci il


Hörmətli cənab Prezident!

Yunanıstan Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və dost Yunanıstan xalqını səmimi- qəlbdən təbrik edirəm.

Azərbaycan - Yunanıstan əlaqələrinə böyük əhəmiyyət verirəm. Əminəm ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri daim xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Azərbaycan - Avropa