İran İslam Respublikasının Prezidenti zati-aliləri cənab Seyid Məhəmməd Xatəmiyə - Bakı şəhəri, 16 sentyabr 1998-ci il


Hörmətli cənab prezident, İran diplomatlarının Əfqanıstanda qətlə yetirilməsi xəbəri məni çox kədərləndirdi.

Bu qəddar terrorçuluq aktını qətiyyətlə pisləyir, Sizə və mərhumların ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin! 

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.