Sloveniya Respublikasının Prezidenti zati-aliləri cənab Yanez Drnovşekə - Bakı şəhəri, 3 dekabr 2002-ci il


Hörmətli cənab Prezident!

Sloveniya Respublikasının prezidenti seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeyinə uyğun olaraq daim genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Sloveniya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 4 dekabr 2002-ci il.