İsa peyğəmbərin mövlud bayramı münasibətilə Azərbaycandakı pravoslav icmasına təbrik - 7 yanvar 1994-cü il


Əziz pravoslav həmvətənlər!

Sizi İsa peyğəmbərin Mövlud bayramı münasibətilə təbrik edirəm! Dünyanın bütün pravoslav xristianları üçün bu işıqlı gündə sizlərə cansağlığı, səadət diləyirəm. Arzu edirəm ki, sizin bütün nəcib niyyətləriniz yerinə yetsin, bütün diləkləriniz başa gəlsin. İnanıram ki, Azərbaycandakı pravoslav icmasının firavanlığı vətənimizin tərəqqisi və çiçəklənməsi, bütün vətəndaşlarımızın xoşbəxt gələcəyi üçün etibarlı zəmin olacaqdır.

 

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.