Azərbaycanın xalq artisti Hacıbaba Ağarza oğlu Bağırova - 13 may 1994-cü il


Hörmətli Hacıbaba Bağırov!

Sizi - xalqımızın sevimli sənətkar oğlunu, görkəmli gülüş ustasını - ömrünüzün 60-cı ildönümü münasibətilə ürəkdən təbrik edir və sizə səmimi arzularımı bildirirəm.

Azərbaycan səhnəsində və kinosunla yaratdığınız zəngin komik obrazlar qalereyası sizə şöhrət gətirməklə yanaşı, milli mədəniyyətimizin inkişafında da müəyyən rol oynamışdır. Yaraqdığınız, bədii rəhbəri və direktoru olduğunuz "Tənqid-təbliq" teatrı Azərbaycanımızın bu ağır günlərində xalqın mənəvi həyatında özünəməxsus yer tutmuşdur.

Əziz sənətkarımız! İnanıram ki, bundan sonra da ecazkar sənətiniz düşmənlə üz-üzə vuruşan igidlərimizin, folakar əməkçilərimizin ümid və inam istinadgahına çevriləcək, bütün Azərbaycan xalqına nikbinlik aşılayacaq, dövlətimizin işıqlı sabahına sədaqətlə xidmət edəcəkdir. Bu yolla sizə möhkəm cansaqlığı, yeni yaradıcılıq axtarışları və sənət uğurları diləyirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Ümumi tarixi arayış

Tarixi arayış

MƏDƏNİYYƏT